İran Qəzzada atəşkəs əldə olunarsa, İsrailin Dəməşq konsulluğuna endirdiyi hava hücumuna cavab verməkdən imtina edəcəyi barədə ABŞ-ı məlumatlandırıb.
BUTA.TV xəbər verir ki, bunu aprelin 8-də “Yerusəlim Post” qəzeti İranın “Jadeh Iran” agentliyinə istinadən yayıb.
İran portalının məlumatına görə, belə bir məlumat anonim ərəb diplomatik mənbəsindən daxil olub:
“ABŞ vəziyyəti cilovlaya bilsə, bu, Bayden administrasiyası üçün böyük uğur olacaq və biz buna inkişaf etdirə bilərik”, - mənbə bildirib.
Qeyd olunur ki, bu məlumat Qahirədə İsrail və HƏMAS arasında atəşkəs və girovların azad edilməsi üzrə danışıqların getdiyi və Təl-Əvivin hava hücumuna mümkün cavab hazırlığını davam etdirməsi fonunda ortaya çıxıb.
- Yeni gömrük yığımları tətbiq edilir: Bir tonu 150 manat...
- Solovyovun it kimi hürməsi... - Rubinyan
- Bu ölkə səfirləri İran XİN-ə çağırıldı
- Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı
- Azərbaycan İsraildə bu layihəyə 270 milyon yatıra bilər
- Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış
- Azərbaycanlılar aksiyalara buna görə qoşulmur
- Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu