Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir.
BUTA.TV xəbər verir ki, yarışın beşinci günündə Azərbaycan millisinin daha bir idmançısı ilk görüşünü qələbə ilə başa vurub.
Zidan Hümbətov Cemi Kollinsdən (İrlandiya) güclü olub. 51 kiloqram çəkidə mübarizə aparan yığma üzvü ilk 2 raundda qələbə qazanıb. Üçüncü raundda isə hakim rəqibini diskvalifikasiya edib və Hümbətov 1/4 finala yüksəlib.
Azərbaycan təmsilçisi növbəti qarşılaşmasını aprelin 11-də Safari Mohammad Rizaya (İngiltərə) qarşı keçirəcək.
Abbasqulu Şadlinski (67 kiloqram) isə 1/8 finalda Arturs Vayslaya (Latviya) uduzub.
Qeyd edək ki, Avropa birinciliyinə aprelin 14-də yekun vurulacaq.
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...
- Onlar Bakıdan Ermənistana gedəcək
- TDT-yə üzv dövlətlərlə əməkdaşlıq... - Ukrayna səfiri