Şəkərin Rusiya Federasiyasından ixracına qadağa qoyulur. Qadağa 2024-cü il avqustun 31-dək qüvvədə olacaq. Hələ martın ortalarında Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il avqustun 31-dək Rusiya Federasiyasından şəkərin ixracını qadağan edən hökumət qətnaməsi layihəsi hazırlayıb. Ölkəmizin şəkər idxal etdiyi əsas ölkələrdən biri də məhz Rusiyadır.
Bəs Rusiya Federasiyasının sözügedən qərarı Azərbaycanın daxili bazarına təsir göstərə bilərmi? Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, tələbatı başqa ölkələrdən qarşılamaq mümkündür, ancaq bu çıxş yolu deyil:
“Azərbaycan bir neçə ölkədən şəkər idxal edir. İdxalın bir hissəsi Rusiyadan gəlir, amma Rusiyadan gələn hissə o qədər də böyük deyil. Biz əsasən şəkəri İrandan alırıq. Rusiyadan ixrac olunan şəkər tələbatını başqa ölkələrdən gələn şəkərin idxalını artırmaqla kompensasiya edə bilərik. Amma məsələ burasındadır ki, Azərbaycanın bu sahədə öz yerli tələbatını ödəyə biləcək potensialı var. Sadəcə olaraq, ölkədə cəmi 1 şəkər zavodu var. Son 1-2 ildə ölkəmizdə şəkər çuğunduru istehsalı çoxalsa da, 90-cı illərə nisbətən daha azdır. Hətta o vaxtlar İran bizdən şəkər çuğunduru idxal edirdi. İndi isə əksinədir”.
Ekspert ölkəmizdə şəkər çuğundurunun əkilməsinin olduqca əlverişli olduğunu diqqətə çatdırıb.
“Azərbaycanda şəkər çuğunduru adətən Qazax, Tovuz və Gəncə bölgəsində əkilir. Ümumi götürsək, şəkər çuğundurunun əkilməsinə şimal ərazilərində daha çox rast gəlirik. Ötən il ən çox şəkər çuğunduru Tovuz rayonunda istehsal olunub. Yəni şimal rayonlarında bu bitki daha yaxşı əmələ gəlir. Lakin mərkəzi aran və cənub rayonlarında da şəkər çuğunduru əkmək mümkündür”.
- Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış
- Azərbaycanlılar aksiyalara buna görə qoşulmur
- Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi