Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 7-dən etibarən Bakıdan Sofiya şəhərinə və əks istiqamətdə həftədə iki dəfə uçuşlar yerinə yetirəcək.
BUTA.TV-ın AZAL-a istinadən verdiyi məlumata görə, aviaşirkət artıq bu marşrut üzrə bilet satışına başlayıb.
Uçuşlar çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.
Bolqarıstanın paytaxtı və ən böyük şəhəri olan Sofiya zəngin tarixi və mədəni görməli yerləri ilə səyahətçilərin diqqətini cəlb edir.
Aviabiletləri rəsmi azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
- Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış
- Azərbaycanlılar aksiyalara buna görə qoşulmur
- Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi