Gürcüstan parlamentinə təqdim edilən xarici agentlər haqqında qanun Avropanın dəyərlərinə uyğun deyil.
BUTA.TV xəbər verir ki, bu açıqlama ilə Avropa Birliyinin Gürcüstandakı səfiri Pavel Qreçinski çıxış edib.
Səfir bildirib ki, QHT-lərin şəffaflığı ilə bağlı narahatlıqlar vətəndaş cəmiyyəti təşkilatları üçün söz və media azadlığının məhdudlaşdırılması üçün bəhanə kimi istifadə edilməməlidir.
Qeyd edək ki, bir neçə gün öncə “Xarici agentlər haqqında” qanun layihəsi yenidən parlamentə təqdim olunub.
“Xarici agentlər haqqında” qanunun qəbulu ilə əlaqədar Gürcüstan Avropa Birliyinə (AB) üzv olmaq üçün namizəd statusunu itirə bilər.
- Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış
- Azərbaycanlılar aksiyalara buna görə qoşulmur
- Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi