Hikmət Hacıyev AB nümayəndələri ilə görüşdü

15:06 - 12 Aprel 2024 - GÜNDƏM

 Hikmət Hacıyev AB nümayəndələri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Birliyinə (AB) üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan AB-nin Siyasi və Təhlükəsizlik Komitəsi ilə müzakirədə iştirak edib.

BUTA.TV xəbər verir ki, bu barədə o, X səhifəsində paylaşım edib.

"Biz Avropa Birliyinə üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Avropa Birliyinin Siyasi və Təhlükəsizlik Komitəsi ilə geniş və dərin müzakirə apardıq. Görüşümüzə həmsədrlik etdiyi üçün Siyasi Direktorun müavini Delfin Pronka təşəkkür edirəm", - paylaşımda bildirilib.

Qeyd edək ki, görüş iştirakçıları arasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov da yer alıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol