Nəzər və ya pis göz canlı ya da cansız bir varlığa qəza-bəla gətirdiyinə inanılan baxışdır.
BUTA.TV bildirir ki, uşaqların, hamilə qadınların və ya heyvanların pis gözdən xüsusilə təsirləndiyinə inanılır. “Nəzər” sözünün lüğət mənası baxmaq, görmək və düşünmək deməkdir. Lakin el arasında insandan-insana keçən bir enerjinin təsiri kimi tanınır. Onun da insandan obyektə keçən bir enerji olduğu görünür. Bəzi cəmiyyətlərdə pis gözün hətta əşyaları da sındıra, məhv edə biləcəyinə inanılır. Mavi muncuğun bu enerjini özünə çəkəcəyi və onu məhv edəcəyi ümumi bir fikirdir. Sözün köz “od parçası” ilə əlaqəsi də diqqəti çəkir. Baxışın yandırıcı bir gücə malik olduğu düşünülür. Nəzər heyranlıq və qısqanclıq hissi nəticəsində ortaya çıxan görünüş olaraq təyin olunur. Digər tərəfdən, kimisə və ya bir şeyi həddindən artıq sevmək və tərifləmək nəticəsində meydana gəldiyinə inanılır.
Pis gözdən qorunma yolları mədəniyyətlərə görə dəyişir. Hər mədəniyyətdə adi bir adət, Allahın adını zikr etmək və bəzi qoruyucu dualar oxumaqdır. Pis gözü olanın üzərinə tüpürmək, onu təhqir etmək və ya gözmuncuğu taxmaq da bu adətlərdən sayılır. Pis gözdən qorunmaq üçün taxılan amuletlər üçə bölünür. Paltarın xaricində taxılan gözmuncuğu, paltarın içərisinə taxılan gözmuncuğu, evlərdə görünən yerlərdə taxılan bəzəkli və şişirdilmiş əşyalar bunların sırasına daxildir.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər