Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər.
BUTA.TV-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev etibarnamə ilə torpaq alanları diqqətli olmağa çağırıb.
O, bildirib ki, bu sənəd heç bir halda torpaq sahəsinin onu alan şəxsin mülkiyyətinə keçməsini təsdiqləyə bilməz.
Ekspert bildirib ki, gələcəkdə etibarnamə ilə satılan torpaqlarla bağlı ciddi problemlər yaşana bilər.
Elnur Fərzəliyevin sözlərinə görə, sərəncam üzərindən ikinci bir alqı-satqı mexanizmi qurulmayıb ki, vətəndaş gedib bir sərəncamı digərinin adına keçirsin.
Belə torpaq sahələri özəlləşəndə birinci sahibinin adına özəlləşir.
O, əlavə edib ki, vətəndaşlar problemlə üzləşməmək üçün torpaq sahəsi alan zaman sənədləşmə işləri ilə yanaşı, onun təyinatına da ciddi önəm verməlidirlər.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər