İsrailin son 30 ildəki strateji səhvi o idi ki, biz həmişə ahtapotun qolları ilə vuruşmuşuq, nadir hallarda da onun Tehrandakı başını vurmuşuq.
BUTA.TV xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Naftali Bennett X sosial şəbəkəsində yazıb.
“Son 30 ildə İran hökuməti proksi qüvvələri vasitəsilə regionu dağıdıb. Bu dəhşətli ahtapotun başı Tehranda, qolları isə Livan, Yəmən, İraq, Suriya və Qəzzadadır. Bu yanaşma indi dəyişməlidir. Tehran bunun əvəzini ödəməlidir”, - Bennett bildirib.
Keçmiş baş nazir Prezident Co Baydenin ABŞ-ın İrana qarşı heç bir hücum əməliyyatında iştirak etməyəcəyi ilə bağlı açıqlamasına da münasibət bildirib:
“Bizim üçün kimsənin döyüşməsini gözləmirik, bunu özümüz edəcəyik, müttəfiqlərimizin bizə dəstək verməsini isə istəyirik. Xüsusən də vəziyyət çətinləşəndə. İndi də vəziyyət ağırdır. Elə isə yanımızda durun, qorxunc və barbar rejimləri məğlub etməkdə bizə kömək edin”.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər