Mən bir vətəndaş kimi siqaret və alkoqollu içkilərin qiymətinin artmasının tərəfdarıyam. Çünki bu məhsulların istifadəsi bilavasitə insanların səhhəti üçün zərərlidir.
BUTA.TV xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliyi şərh edərkən deyib.
O qeyd edib ki, qanuna edilən dəyişiklikdə ölkədə istehsal edilən siqaretin keyfiyyətinin yüksəldilməsi birinci şərtdir:
“Bir vətəndaş kimi mən bunu müdafiə edirəm. Tütün məmulatları qiymətli məhsuldur. Ölkədə ildən-ilə tütün əkilən sahələrin artırılması təsadüfi deyil. Bu məhsul ölkəyə xeyli miqdarda valyuta gətirə bilər. Ona görə də ölkədə tütün istehsalına diqqət yetirilir. Qanuna dəyişikliklərlə tütün məmulatlarının istehsalı və idxalı ilə bağlı yeni tələblər müəyyən edilir”.
Qeyd edək ki, qanuna dəyişikliyə əsasən, Azərbaycanda tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sistemi tətbiq edilir.
Qanun layihəsində qeyd olunur ki, bu məqsədlə tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması həyata keçiriləcək.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər