Bananın hər növünün fərqli dadı var. Yetişməmiş, yaşıl banan lif baxımından daha zəngindir. Xüsusilə şəkər xəstələri üçün yaşıl banan daha faydalı hesab olunur.
BUTA.TV Medicina.az-a istinadən yaşıl bananın bilinməyən faydalarını təqdim edir: Yaşıl bananın tərkibində qlükoza azdır. Banan yetişməyə başlayanda içindəki nişasta şəkərə çevrilir. Bu baxımdan yaşıl bananın tərkibində həzm sisteminə faydalı, yavaş-yavaş həzm olunan davamlı nişasta var. Bu xüsusiyyətlər qan şəkərində qəfil artımın qarşısını alaraq diabet xəstələri üçün xüsusilə faydalı ola bilər. Davamlı nişasta bağırsaq sağlamlığını dəstəkləyir və həzm sistemində yaxşı bakteriyaların inkişafına kömək edir.
Liflə zəngin olduğu üçün yaşıl banan toxluq hissini artırır. Ona görə də çəkiyə nəzarət etməyi asanlaşdırır. Tərkibindəki vitaminlər sarı bananla demək olar ki, eynidir.
Yaşıl banan probiotik təsir göstərir. Bağırsaqlarda faydalı bakteriyaların qidalanmasına kömək edir və həzm sisteminin sağlam işləməsinə səbəb olur.
Bundan əlavə, bəzi tədqiqatlar göstərir ki, yaşıl bananın tərkibindəki davamlı nişasta xolesterol səviyyəsini aşağı sala bilər.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər