Qaradağ rayonu, Qobustan qəsəbəsində Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evində xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ilə görüş keçirilib.
Kult.az xəbər verir ki, görüşdə rayon ictimaiyyəti, ədəbiyyatsevərlər iştirak edib.
Tədbirin əvvəlində Sabir Rüstəmxanlının həyat və yaradıcılığı haqqında məlumat verilib.
Vurğulanıb ki, Sabir Rüstəmxanlı geniş oxucu rəğbəti qazanmış “Ömür kitabı” adlı əsərin, “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” və s. şeir kitablarının, poemaların, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm zirvəsi (“Cavad xan”) kimi romanların müəllifidir.
Görüş zamanı şair tədbir iştirakçılarının ona ünvanladıqları sualları cavablandırıb, gənclərə öz tövsiyələrini verib, onları Azərbaycan yazarlarının əsərlərini mütaliə etməyə çağırıb.
Görüşün sonunda Sabir Rüstəmxanlı imzalı kitablarını hədiyyə edib.
- Kadırovun böyrəkləri sıradan çıxdı, xəstəxanadadır
- Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...
- Rusiyanın yeni öldürücü raketləri: Sınaqdan keçiriləcək...
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər