Ukraynanın xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizəd göstərilməməsi ilə bağlı öz mövqelərini açıq şəkildə ifadə etdilər. Bununla bağlı müraciətimizi göndərmişik.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Ukrayna Ali Radanın hakim Xalqın xidmətçisi partiyasından olan deputatı Yuri Kamelçuk bildirib.
"Biz çox yaxşı başa düşürük, o cümlədən Avropa və beynəlxalq ictimaiyyət də gözəl bilir ki, o həm Rusiyanın özündə, həm də digər qonşu dövlətlərin daxilində terroru maliyyələşdirən şəxsdir. Azərbaycanın daxilində də terroru maliyyələşdirib. Ukraynada gedən müharibə zamanı dat terroru maliyyələşdirən məhz o olub. Ona görə də bu adam bu mükafata qəti layiq deyil. Vardanyana qarşı sanksiyaların lehinə çıxış edən avropalı deputatlar və ABŞ konqresmenləri də bu haqda danışıblar. Nobel Komitəsi onu birdəfəlik bu namizədlər siyahısından çıxarmalıdır. Burada başqa sözə ehtiyac yoxdur ", - deyə, o, əlavə edib.
Qeyd edək ki, Yuri Kamelçuk də daxil olmaqla Ukrayna Ali Radasının 18 deputatı separatçı Ruben Vardanyanın Nobel mükafatına namizəd olmasına qarşı etiraz müraciəti yayıblar. Onlar bu müraciəti Rada adından Nobel Komitəsinə ünvanlayıblar.
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər
- ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir
- Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı
- Nəsimi rayonunun başına keçən Gülarənin utandırıcı videosu yayıldı – VİDEO