Beş il öncə Ursula fon der Leyenin Avropa Komissiyasına (AK) rəhbər seçilməsində mühüm rol oynamış Fransa Prezidenti Emmanuel Makron indi bu vəzifəyə başqa namizəd tapmaq üçün AB liderləri ilə danışıqlar aparır.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat dərc edib.
Qeyd olunur ki, Avropa Parlamenti seçkilərinə iki aydan az vaxt qaldığı bir müddətdə Makron AB baş nazirləri, o cümlədən İtaliya Baş naziri Ceorciya Meloni ilə keçmiş Avropa Mərkəzi Bankının (AMB) prezidenti Mario Draqinin AB-də əsas vəzifəyə seçilməsi imkanını müzakirə edib.
Nəşr qeyd edir ki, Leyen xüsusən ticarət danışıqları, iqlim dəyişikliyi və ABŞ-la münasibətlərlə bağlı narazılıqla mübarizə aparır. Emmanuel Makron onun fəaliyyətini açıq şəkildə tənqid edərkən deyib:
"Komissiyaya sədrlik ümumi maraqları qorumaq üçün nəzərdə tutulub, ona görə də onu həddən artıq siyasiləşdirmək olmaz".
Nəşr qeyd edir ki, Makronun manevrlərindən asılı olmayaraq, Leyen hələ də seçki yarışında aşkar favorit olaraq qalır.
- Nəsimi rayonunun başına keçən Gülarənin utandırıcı videosu yayıldı – VİDEO
- 8 illik güzəşt ləğv olundu: Kərə yağı bahalaşacaq? - Video
- 35 yaşından əvvəl siqareti tərgidəndə nə baş verir?
- Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi
- Razi Nurullayevdən dəbdəbəli toyla bağlı yeni açıqlama: “Gözlərindən tökdünüz”
- Rza Pəhləvi Trampa çağırış etdi: İrana müdaxilə et!
- Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi
- AMEA-da yeni təyinatlar oldu