11-15 yaşlı yeniyetmələr arasında alkoqol və elektron siqaret istifadəçilərinin sayı narahatlıq doğuran həddə artıb. Dövlətlər bunun qarşısını almaq üçün konkret addımlar atmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bölməsinin rəhbəri Hans Kluge bildirib.
Kluge qeyd edib ki, yeniyetmələr arasında zərərli maddələr istifadə istər Avropa, istərsə də ondan kənarda ictimai səhiyyəyə ciddi təhdid yaradır. 15 yaşlı gənclərin 57%-i artıq alkoqol qəbul edib, elektron siqaret adiləşir.
ÜST rəsmisi vəziyyətdən çıxış yolu kimi qiymətlərin artırılmasını, satış yerlərinin məhdudlaşdırılmasını və aromatizatorların qadağan edilməsini təklif edib.
- Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi
- Razi Nurullayevdən dəbdəbəli toyla bağlı yeni açıqlama: “Gözlərindən tökdünüz”
- Rza Pəhləvi Trampa çağırış etdi: İrana müdaxilə et!
- Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi
- AMEA-da yeni təyinatlar oldu
- Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar
- Nəsimi Nəbizadənin qardaşı həbs olundu
- Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma