Odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib.
Musavat.com-un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallara aydınlıq gətirməyə çalışıblar. Məlum olub ki, mərhumun yas mərasimində xanımı və övladları iştirak etməyiblər. Qeyd edək ki, ölkənin sabiq baş pediatrı Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat yayılıb.
Məlumata görə, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib.
İddiaya görə, N.Quliyev intiharının səbəbi kimi hazırda məşhur klinikalardan birində işləyən xanımı (ad-soyadını istintaq getdiyi üçün açıqlanmır - red.) göstərib. Onun xanımla bağlı hansı məsələyə görə intihar etdiyi isə açıqlanmır.
- Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi
- Razi Nurullayevdən dəbdəbəli toyla bağlı yeni açıqlama: “Gözlərindən tökdünüz”
- Rza Pəhləvi Trampa çağırış etdi: İrana müdaxilə et!
- Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi
- AMEA-da yeni təyinatlar oldu
- Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar
- Nəsimi Nəbizadənin qardaşı həbs olundu
- Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma