NATO qoşunları Rusiya sərhədlərinə çox yaxınlaşıb və bu, hərbi təhlükəsizliyə əlavə təhdidlər yaradır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
“Alyansın qoşunları Rusiya sərhədlərinə yaxınlaşaraq hərbi təhlükəsizliyə əlavə təhdidlər yaradıb. Vurğulamaq istəyirəm ki, biz yox, onlar bizə yaxınlaşıb. Bu, bir daha göstərir ki, qərblilərə etibar etmək olmaz. İndi bizi qınayırlar ki, Rusiyanı Ukraynada dayandırmasalar, biz guya alyans ölkələrinə hücum edəcəyik”, - Şoyqu bildirib.
Onun sözlərinə görə, Rusiya digər dövlətlərin işlərinə qarışmamaq siyasətinə sadiqdir:
“Sovet İttifaqının dağılmasından sonra NATO-nun şərqə doğru genişlənməsi davam edir, baxmayaraq ki, 90-cı illərdə bizə bunun baş verməyəcəyi vəd edilmişdi. Bu müddət ərzində NATO-nun genişlənməsinin altı dalğası baş verib”.
- Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi
- Razi Nurullayevdən dəbdəbəli toyla bağlı yeni açıqlama: “Gözlərindən tökdünüz”
- Rza Pəhləvi Trampa çağırış etdi: İrana müdaxilə et!
- Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi
- AMEA-da yeni təyinatlar oldu
- Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar
- Nəsimi Nəbizadənin qardaşı həbs olundu
- Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma