Bakı şəhərində avtobus parkını əsaslı şəkildə yeniləmiş yeganə özəl daşıyıcı şirkət bizik.
Bu sözləri BUTA.TV-a açıqlamasında “Xaliq Faiqoğlu MMC”-nin mətbuat katibi Nizam Rzayev sərnişindaşıma ilə bağlı yeni qanunların müzakirəsi ilə bağlı deyib.
“Şirkətimizin istismarında olan avtobusların böyük əksəriyyətinin istehsal tarixi 10 ildən azdır. Bakı şəhərində avtobus parkını əsaslı şəkildə yeniləmiş yeganə özəl daşıyıcı şirkət bizik. Sərnişindaşıma üçün qoyulan kriteriyalarda rəng məsələsi də var ki, bu da təyin edilmiş vaxtdan sonra istismara veriləcək nəqliyyat vasitələrinə şamil edilir. İli köhnə olan avtobusların da tədricən yenilənməsi nəzərdə tutulur. Bu istiqamətdə şirkətimiz layihələr həyata keçirir”, - Rzayev bildirib.
Qeyd edək ki, martın 28-də Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə əsasən, müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.
Qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minir.
- Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi
- Razi Nurullayevdən dəbdəbəli toyla bağlı yeni açıqlama: “Gözlərindən tökdünüz”
- Rza Pəhləvi Trampa çağırış etdi: İrana müdaxilə et!
- Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi
- AMEA-da yeni təyinatlar oldu
- Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar
- Nəsimi Nəbizadənin qardaşı həbs olundu
- Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma