Şəkidə 2 avtomobil toqquşub, xəsarət alanlar var.
BUTA.TV xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Toyota" və "Şevrolet" markalı avtomobillərin toqquşması nəticəsində Zaqatala rayon sakini, 1987-ci il təvəllüdlü İsrafilov Rəşad Nuru oğlu və Qax rayon sakini, 1978-ci il təvəllüdlü Babacanaşvili Qoqita Romikoyeviç xəsarət alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
- Yanacaq qiyməti qalxdı: marşrut və taksi bahalaşa bilərmi?
- Amerikaya qaçırılan Maduro niyə hər kadrda fərqli geyimlərdədir?
- "Baku City Karting"də faciə: 18 yaşlı oğlan öldü
- Ali təhsili olmayan yəhudi prezident – Maduro kimdir?
- Maduronun həbsi bazarları “oynadacaq” - Bakıya da təsir edəcək
- Martda 13 qeyri-iş günü olacaq
- Azərbaycanda bu siqaretlər bahalaşdı - Siyahı
- Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür...