"Toyota" şirkəti 100 min "Tundra" pikapı və "Leksus" avtomobillərində mühərrikləri dəyişəcək.
BUTA.TV xəbər verir ki, bu barədə "Motortrend.com" məlumatb yayıb.
Bu istehsal qüsuru səbəbindən dəyişdiriləcək mühərriklərin çoxluğu şirkətə olduqca baha başa gələcək.
Təhlükəsizliyə dair problemlər ortaya çıxıb ki, "Toyota" bu ilin əvvəlində iki turbomühərrikli V-6 mühərriklərində qüsur aşkar edib. Bu mühərriklər isə 2021-ci ilin noyabrından 2023-cü ilin fevral ayına qədər istehsal olunmuş "Tundra" pikaplarında və 2021-ci ilin iyulundan 2022-ci ilin noyabrına qədər istehsal edilmiş "Leksus" avtomobillərində quraşdırılıb.
"Toyota" dilerləri üçün geri çağırma bildirişlərində qeyd edilir ki, bu problem mühərrikin gözlənilmədən dayanmasına səbəb ola bilər.
"Ehtimal var ki, maşının istehsalı zamanı bəzi emal tullantıları mühərrikdən çıxarılmayıb. Sözügedən avtomobillərdə bu, mühərrikdən səs gəlməsinə, mühərrikin normal işləməsində problemlərin yaranmasına, mühərrikin işə salınmasının mümkünsüzlüyünə və ya dartma qabiliyyətinin itirilməsinə gətirib çıxara bilər. Yüksək sürətlə hərəkət zamanı dartma qabiliyyətinin itirilməsi isə qəza riskini artıra bilər", - deyə bildirilib.
- Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev