Taliban hökumətinin lideri Heybətullah Axundzadə əfqanların qeyri-müsəlmanlarla dostluq etmələrinin qarşısını almaq üçün islam normalarının icrasına nəzarət edən imamlara göstəriş verən qanun imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Taliban hökumətinin Ədliyyə Nazirliyindən bildirilib.
Qanunun “Kafirlərlə dostluq etmək qadağandır” adlı 112-ci maddəsində Quranın “Maidə” surəsindən sitat gətirilib: “Ey iman gətirənlər, yəhudi və xristianlarla dostluq etməyin! Onlar bir-birlərinin dostlarıdır. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Şübhəsiz ki, Allah zalım bir qövmü doğru yola yönəltməz”.
Taliban Ədliyyə Nazirliyinin sözçüsü Bərəkətullah Rəsuli bildirib ki, yeni qanun həm də imamları zina, qumar, radiodan sui-istifadə, narkotik istifadəsi, hicabdan imtina, saqqal qırxmaq, şəriət qanunlarına zidd saç kəsdirmə əməllərinin qarşısını almağa məcbur edir. Cinayət törədənlərə xəbərdarlıqla yanaşı, əmlakdan məhrumetmə, bir saatdan üç günə qədər həbs cəzası verilə bilər.
- Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev