Azərbaycanın Zəfəri ilə nəticələnən Vətən müharibəsindən təqribən dörd il ötür. Ötən müddət ərzində bəzi dairələr Qarabağ həqiqətləri qarşısında ikiyə ayrıldı, yəni, bunu qəbul edənlər və etməyənlər oldu. Ermənistan daxilində də bu məsələ ilə bağlı fikir ayrılığı yarandı.
BUTA.TV xəbər verir ki, bu fikirləri Azərac-a açıqlamasında Türkiyənin Optimar Araşdırma şirkətinin rəhbəri, siyasi ekspert Hilmi Daşdəmir bildirib.
Son dövrlər bəzi Qərb dairələrinin Azərbaycan əleyhinə yeni gərginlik mənbəyi yaratmaq məqsədilə bir sıra erməni separatçıları ilə təmaslarını aktivləşdirmələrinə dair Qərbi Azərbaycan İcmasının bəyanatını şərh edən ekspert deyib:
“Ermənilərin arasında olduqca irqçi, faşist mövqe nümayiş etdirən siyasi təbəqə var. Burada Ermənistanın Baş naziri Nikol Paşinyanın daha realist siyasət apardığını qeyd etmək lazımdır. O, torpaqların həqiqi sahiblərinin kim olduğu və ya müharibə nəticəsində azad edilən torpaqların olması həqiqəti ilə barışıb. Son dövrlər bəzi erməni siyasətçilərin də fikirlərinin bu istiqamətdə dəyişdiyini görürük. Lakin digər tərəfdən baxdıqda, bunu qəbul etməyən və türklərə, azərbaycanlılara qarşı çox kəskin düşmənçilik bəsləyən təbəqə də var. Hətta onların arasında Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı törədilən bir sıra qətliamlarda iştirak edənlərin adları da hallanır. Onlardan biri də Robert Köçəryandır. Onun bu qətliamlardakı rolunu hər kəs bilir. Onları narahat edən əsas məqam Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanla Türkiyə arasında birbaşa quru yolu bağlantısının yaradılmasıdır. Bu dəhliz fəaliyyətə başladıqdan sonra Qərbin, eləcə də bir sıra bölgə və dünya ölkələrinin regiondakı təsiri azalacaq, region xalqları buranın təbii sərvətlərindən tam mənada faydalanacaq”.
Türk ekspert qeyd edib ki, Qərbin Ermənistana dəstəyinin əsas məqsədi bölgədəki güc balansını öz xeyrinə dəyişməkdir.
- Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev