Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevə gələn Hindistanın Baş naziri Narendra Modi ilə danışıqların məzmunu haqqında ilk açıqlamada jurnalistlərə bildirib ki, Hindistan və Ukrayna 4 fərqli sahədə əməkdaşlıq sənədləri üzərində razılaşıblar.
BUTA.TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, bu sənədlər tibb, kənd təsərrüfatı, eləcə də humanitar və mədəni sahələrdə əməkdaşlığa aiddir.
Zelenski Modinin səfərini tarixi adlandırıb və Hindistanın Baş naziri ilə ikinci Sülh Sammitini, eləcə də Hindistanla ticarət və hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə etmək niyyətində olduğunu bildirib.
Modi isə Ukrayna və Rusiyanı sülh danışıqlarına başlamağa çağırıb:
"Münaqişənin həlli yolunu tapmaq yalnız dialoq və diplomatiya yolu ilə mümkündür. Biz isə vaxt itirmədən bu istiqamətdə hərəkət etməliyik. Hər iki tərəf danışıqlar masası arxasına keçməli və bu böhrandan çıxış yolu axtarmalıdır".
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!