Böyük Britaniyanın Baş naziri Keyr Starmer avqustun 27-də ölkədəki cari vəziyyətlə bağlı geniş məzmunlu çıxış edəcək.
BUTA.TV Azərtac-a istinadən xəbər verir ki, çıxışdan əvvəl baş nazirin nitqinin əsas məqamları media nümayəndələri ilə paylaşılıb.Starmer çıxışında Böyük Britaniyada həyat şəraitinin yaxşılaşmazdan əvvəl daha da pisləşəcəyini vurğulayacaq.
Baş nazir Mühafizəkarlar Partiyasından ölkəyə iqtisadi və cəmiyyətlə bağlı ciddi problemlərin miras qaldığını bildirəcək. Baş nazir bu çətinlikləri aradan qaldırmaq üçün təcili tədbirlər görmək və ənənəvi yanaşmalardan kənara çıxmağın zəruri olduğunu deyəcək. Həmçinin, Starmer dövlət büdcəsində 22 milyard funt-sterlinq həcmində kəsir olduğunu vurğulayacaq. Baş nazir çıxışında həbsxanalarda yer çatışmazlığı probleminə də toxunacaq.
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!