Donetsk vilayətinin Kramatorsk şəhərində Rusiyanın İsgəndər-M sistemi ilə vurduğu otelin dağıntıları altında 19 saatlıq axtarışdan sonra ölmüş britaniyalı jurnalistin cəsədi tapılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
“Ruslar Kramatorskda bir əcnəbi jurnalisti öldürüb, 6 nəfəri yaralayıb”, - məlumatda deyilir.
Əlavə edilib ki, yaralananlar arasında dörd müxbir - ABŞ, Almaniya, Latviya və Ukrayna vətəndaşları, həmçinin iki yerli sakin var.
Qeyd edək ki, Rusiya ordusu Kramatorskdakı otel binasına ötən gün zərbə endirib.
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!