Bu gün səhər Polşa hava məkanını pozan PUA birdən-birə yoxa çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Məlumata görə, Rusiyaya məxsus PUA Polşa sərhədini Ukraynanın Çervonoqrad rayonu istiqamətində keçib və 25 km uçduqdan sonra Tışovse şəhəri yaxınlığında radarlardan itib. Polşa hərbi komandanlığı həmin istiqamətə döyüş təyyarələri və helikopterlər göndərsə də PUA-nı tapmaq mümkün olmayıb.
Polşalı general Matsey Kleş PUA-nın axtarışlarının davam etdiyini bildirib.
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!
- Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?
- Naxçıvandan Ermənistana atəş açılıb? - Rəsmi
- Azərbaycan diaspor rəhbəri barəsində çıxarılan hökm ləğv edildi
- Leyla Əliyeva Mərkəzi Nəbatat bağında - Foto
- Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi