Mərkəzi Seçki Komissiyası (MSK) vəfat etmiş deputatlığa namizəd Nəsiman Yaqublu haqqında qərarı sabah müzakirə edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq, N. Yaqublunun namizədliyinin qeydə alındığı 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən məlumat verilib.
Bildirilib ki, sabah MSK-nın iclasında seçki bülletenlərində namizəd kimi adı qeyd olunmuş Nəsiman Yaqublunun vəfatı ilə əlaqədar seçicilərə məlumatın çatdırılması qaydası ilə bağlı qərar qəbul olunacaq. Bundan sonra isə dairə seçki komissiyasına atılacaq addımlar haqqında müvafiq tapşırıq veriləcək.
Xatırladaq ki, Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu tarixçi-professordur. O, Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub və Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasına düşüb. N. Yaqublu bu gün Bakıda dəfn edilib.
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!
- Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?
- Naxçıvandan Ermənistana atəş açılıb? - Rəsmi
- Azərbaycan diaspor rəhbəri barəsində çıxarılan hökm ləğv edildi
- Leyla Əliyeva Mərkəzi Nəbatat bağında - Foto
- Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi