2017-ci ildə fransız casusları BƏƏ ilə birlikdə İŞİD-in silahlıları cəlb etmək üçün Teleqramdan istifadə edə biləcəyindən qorxaraq, Pavel Durovun mobil telefonunu sındırmaq üçün əməliyyat keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Uoll Strit Jurnal” mənbələrə istinadla məlumat yayıb.
“2017-ci ildə, Makronla görüşdən bir il əvvəl fransız casusları Durovu Birləşmiş Ərəb Əmirlikləri ilə birgə əməliyyatda hədəfə aldılar və onun Ayfonu sındırıldı”, - məlumatda bildirilib.
Nəşrin məlumatına görə, casus əməliyyatı “Bənövşəyi musiqi” adı almışdı.
Durova yaxın olan mənbənin qəzetə verdiyi məlumata görə, Teleqram illərdir hüquq-mühafizə orqanları tərəfindən verilən çağırış vərəqələrinə və məhkəmə qərarlarına məhəl qoymur.
- Leyla Əliyeva Mərkəzi Nəbatat bağında - Foto
- Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi
- Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
- Vaxtilə stadionda "Qarabağ Ermənistandır" deyənlər... - Əliyev
- Sandu İlham Əliyevi təbrik etdi
- İlham Əliyev Qırğızıstana səfər edəcək
- Zakir Həsənov Liviyaya başsağlığı verdi
- Təyyarə qəzası buna cavab ola bilər - Engin Özər