Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İnquşetiyada hüquq-mühafizə orqanlarının əməkdaşlarına və pravoslav kilsəsinə hücumlar planlaşdıran beynəlxalq terror təşkilatının altı üzvünü saxlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
“Rusiya İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi ilə birgə İnquşetiya Respublikası ərazisində silsilə terror cinayətlərinin qarşısı alınıb. Nazran şəhəri və Kantışevo kəndində respublika hüquq-mühafizə orqanlarının əməkdaşlarına, habelə dini obyektlərə qarşı təxribat və terror aktları törətmək niyyətində olan Rusiya Federasiyasının vətəndaşları, ölkədə qadağan olunmuş beynəlxalq terror təşkilatının tərəfdarları olan 6 nəfər müəyyən edilərək saxlanılıb. Terrorçular xüsusilə, Sunja şəhərindəki Müqəddəs Məryəmin Şəfaət kilsəsinə hücum hazırlayırdılar”, - FTX-dən bildirilib.
- Leyla Əliyeva Mərkəzi Nəbatat bağında - Foto
- Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi
- Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
- Vaxtilə stadionda "Qarabağ Ermənistandır" deyənlər... - Əliyev
- Sandu İlham Əliyevi təbrik etdi
- İlham Əliyev Qırğızıstana səfər edəcək
- Zakir Həsənov Liviyaya başsağlığı verdi
- Təyyarə qəzası buna cavab ola bilər - Engin Özər