İstanbulda 1334-cü ildə Sultan Canibəyə həsr olunmuş 96 səhifəlik əlyazma tapılıb.
Kult.az Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əlyazmada Canibəy sultanın əcdadları - Çingiz xandan atası Özbək xana qədərki şəxslər haqqında qızılla həkk olunmuş hikmətli kəlmələr təqdim edilib.
Əlyazmanın daxili üz qabığında Osmanlı sultanı II Bəyazidin (1447-1512) möhürü var.
Tarixi sənədi elmi-tədqiqat işi zamanı Mərkəzi Dövlət Arxivinin əməkdaşı, qazaxıstanlı alim Ömirbek Kanay aşkar edib.
Qiymətli əlyazmanın surəti Qazaxıstana gətirilib.
- Təyyarə qəzası buna cavab ola bilər - Engin Özər
- Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...
- Bu, Ermənistanın məqsədyönlü siyasəti idi...
- Əminəm ki, burada rahat yaşayacaqsınız - Prezident
- Orban İlham Əliyevi təbrik etdi
- Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...
- Ərdoğan İlham Əliyevi təbrik etdi
- İsrail prezidenti İlham Əliyevə zəng etdi