Bu nə yanaşmadır? “Qarabağ” futbol klubu məğlub olan kimi baş məşqçi Qurban Qurbanovun bahalı köynəyinin qiymətini hesablayaraq yayıblar. Belə çıxır ki, “Qarabağ” klubu dünən “Dinamo Zaqreb” üzərində qələbə qazansaydı, Qurban Qurbanovun köynəyinin qiyməti heç kimi maraqlandırmayacaqdı, əksinə yazacaqdılar ki, “Sənə hər geyim yaraşır, buna layiqsən” və s.
BUTA.TV xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu yazıb.
“Qurban Qurbanovu göylərə qaldıranlar, bir oyunla onu yerə çırpmağa hazırdılar. Ölkədə daxili çempionat zəifdir, bu ki, Qurban Qurbanovun günahı deyil. Futboldan az başı çıxan da bilir ki, daxili çempionat zəifdirsə, belə çempionatın komandasından beynəlxalq arenada daim zəfərlər gözləmək mümkün deyil. Qurban Qurbanova minnətdar olmalıyıq ki, mümkün olmayanı reallaşdırıb. Əlbəttə, məşqçinin səhvləri ola bilər, ancaq onun səhvlərini bahalı köynəyi ilə əlaqələndirmək doğru deyil. Qurban Qurbanov həmin bahalı köynəyi alnının təri ilə qazanıb”, - politoloq bildirib.
- Zakir Həsənov Liviyaya başsağlığı verdi
- Təyyarə qəzası buna cavab ola bilər - Engin Özər
- Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...
- Bu, Ermənistanın məqsədyönlü siyasəti idi...
- Əminəm ki, burada rahat yaşayacaqsınız - Prezident
- Orban İlham Əliyevi təbrik etdi
- Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...
- Ərdoğan İlham Əliyevi təbrik etdi