Bu nə yanaşmadır? “Qarabağ” futbol klubu məğlub olan kimi baş məşqçi Qurban Qurbanovun bahalı köynəyinin qiymətini hesablayaraq yayıblar. Belə çıxır ki, “Qarabağ” klubu dünən “Dinamo Zaqreb” üzərində qələbə qazansaydı, Qurban Qurbanovun köynəyinin qiyməti heç kimi maraqlandırmayacaqdı, əksinə yazacaqdılar ki, “Sənə hər geyim yaraşır, buna layiqsən” və s.
BUTA.TV xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu yazıb.
“Qurban Qurbanovu göylərə qaldıranlar, bir oyunla onu yerə çırpmağa hazırdılar. Ölkədə daxili çempionat zəifdir, bu ki, Qurban Qurbanovun günahı deyil. Futboldan az başı çıxan da bilir ki, daxili çempionat zəifdirsə, belə çempionatın komandasından beynəlxalq arenada daim zəfərlər gözləmək mümkün deyil. Qurban Qurbanova minnətdar olmalıyıq ki, mümkün olmayanı reallaşdırıb. Əlbəttə, məşqçinin səhvləri ola bilər, ancaq onun səhvlərini bahalı köynəyi ilə əlaqələndirmək doğru deyil. Qurban Qurbanov həmin bahalı köynəyi alnının təri ilə qazanıb”, - politoloq bildirib.
- Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...
- Ərdoğan İlham Əliyevi təbrik etdi
- İsrail prezidenti İlham Əliyevə zəng etdi
- Putinin Əliyevə zəng etməsi... - Kremlin şərhi
- Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video
- Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto
- Prezident və xanımı Xankəndidədir
- Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi