Fransa Prezidenti Emmanuel Makron və Xarici İşlər Nazirliyinə Teleqram qurucusu Pavel Durovun planlaşdırılan həbsi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilməyib.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” Paris prokurorluğundakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, Pavel Durov avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılıb və ona qarşı 12 cinayət işi üzrə ittiham irəli sürülüb. İş adamı hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasında və yayılmasında, narkotik vasitələrin əldə edilməsində, satışı və ya ötürülməsində iştirakda, dələduzluqda iştirakda ittiham olunub.
P.Durov barəsində ittiham irəli sürülüb və məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
- Təyyarə qəzası buna cavab ola bilər - Engin Özər
- Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...
- Bu, Ermənistanın məqsədyönlü siyasəti idi...
- Əminəm ki, burada rahat yaşayacaqsınız - Prezident
- Orban İlham Əliyevi təbrik etdi
- Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...
- Ərdoğan İlham Əliyevi təbrik etdi
- İsrail prezidenti İlham Əliyevə zəng etdi