“Starlink” peyk internet xidməti çərçivəsində bütün dünyaya pulsuz xidmət göstəriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə “SpeysX” şirkətinin sahibi İlon Mask “X” səhifəsində yazıb.
Mask “Starlink”in fövqəladə hallar üçün əhəmiyyətli bir addım atdığını deyib.
Onun sözlərinə görə, Starlink interneti sayəsində fövqəladə vəziyyətlə qarşılaşan insanlar telefonlarından istifadə edərək təcili yardım xidmətləri ilə pulsuz əlaqə saxlaya biləcəklər.
Xatırladaq ki, hazırda “SpeyX”in peyk internet xidməti olan “Starlink” dünyanın 102-dən çox ölkəsini internetlə təmin edir. Lakin bu xidmətin təqdim etdiyi imkanlar bununla məhdudlaşmayacaq.
- Ərdoğan İlham Əliyevi təbrik etdi
- İsrail prezidenti İlham Əliyevə zəng etdi
- Putinin Əliyevə zəng etməsi... - Kremlin şərhi
- Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video
- Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto
- Prezident və xanımı Xankəndidədir
- Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi
- Türkiyədə Baş Qərargah rəisinin təyyarəsini hansı ölkə vurub?