Azərbaycanda seçicilərin sayı açıqlanıb.
BUTA.TV xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
MSK sədri bildirib ki, ölkədə 6 421 960 nəfər seçici var.
Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374 nəfərdir.
MSK sədri seçki məntəqələrinin sayı barədə də məlumat verib: “6478 seçki məntəqəsi var. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçki məntəqələridir”.
Məzahir Pənahov qeyd edib ki, 135 məntəqə müşahidə aparmağın özünün xüsusi qaydaları var: "Bunların içində hərbi hissələrdə, həbsxanalarda yaradılan məntəqələr də var. Burada təhlükəsizliklə bağlı qaydalar var. Müşahidəçilər bu tələbləri bilməlidir. Digər məntəqələrdə müşahidəçilərə Seçki Məcəlləsindən kənar heç bir müdaxilə ola bilməz”.
- Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video
- Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto
- Prezident və xanımı Xankəndidədir
- Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi
- Türkiyədə Baş Qərargah rəisinin təyyarəsini hansı ölkə vurub?
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı