Teleqramın təsisçisi və baş direktoru Pavel Durov Parisdə dindirilmə zamanı bildirib ki, həbs olunmazdan əvvəl də Fransa Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin nümayəndələri ilə əlaqə saxlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Fransanın "Liberation" nəşri istintaqa yaxın mənbəyə istinadən məlumat yayıb.
Media qeyd edir ki, Durov terrorizmlə mübarizə çərçivəsində Fransa əks-kəşfiyyatı ilə rəsmi əlaqə kanalı yaradıb. Ehtimal olunur ki, bu, bir növ “qaynar xətt” və bir neçə terror hücumunun qarşısını almağa imkan verən xüsusi e-poçt ünvanıdır.
Həbs edildikdən sonra Durov Fransa istintaqı ilə əməkdaşlığa hazır olduğunu bəyan edib və mobil telefonunu ona giriş kodu ilə təmin edib. Eyni zamanda o, “hərbi sirr təşkil edən” məlumatı açıqlamaqdan imtina edib.
Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanılıb. Daha sonra Pavelin qardaşı Nikolayın da Fransa hakimiyyət orqanları tərəfindən axtarışa verilməsi barədə məlumat yayılıb. Avqustun 28-də P.Durov məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
- Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi
- Türkiyədə Baş Qərargah rəisinin təyyarəsini hansı ölkə vurub?
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video