Sabiq deputat Fəzail Ağamalının qızı Günay Ağamalıya məxsus olan "Buta" bağçası satılır. “BUTA.TV” “Unikal”a istinadən xəbər verir ki, şirkət hazır biznes olaraq satılır.
Belə ki, MMC və lisenziyanın qiyməti 120 min manatdır. Əşyalar isə əlavə 15 min manata təklif olunur. Şirkətdən verilən açıqlamada bildirilib ki, bağçanın öz binası olmayıb: "Biz bağçanın binasını icarə əsasında işlədirdik. Təzəlikcə özümüz üçün paytaxtın Həsən Əliyev küçəsində yeni bina tikirdik. Oranı bağça üçün nəzərdə tutmuşduq. Zirzəmi və 1-ci mərtəbəsi tikilib.
Tikili yarımçıq olsa da, bütün sənədləri hazırdır. 4,5 sotun içərisindədir. Qeyri-yaşayış sahəsi kimi orada istənilən bir obyekti yaratmaq mümkündür. Onun qiyməti isə 1 milyon 500 min manatdır".
Qeyd edək ki, Günay Ağamalı 1 sentyabr 2024-cü il tarixində keçirilən parlament seçkilərində 65 Saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsindən deputat seçilib.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
- Şükürbəyli kəndinə daha 45 ailə yola salındı
- Çayda batan gəncin meyiti tapıldı
- Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Bu 2-ci dəfədir...
- Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi
- ABŞ - İran sazişinin tam mətni yayıldı - Həmin 14 bənd
- Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar…
- DÇ tarixində ən yaşlı “het-trik” edən oyunçu oldu - Ronaldonun rekordunu qırdı
- Mikrofon açıq qaldı, Tramp barədə söhbətləri ifşa oldu - Video