ABŞ Livanda rabitə qurğusunun partladılması insidentlərində iştirak etməyib və onların baş verəcəyi barədə əvvəlcədən məlumatı olmayıb.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.
"Mən sizə deyə bilərəm ki, ABŞ bu işdə iştirak etmir. Birləşmiş Ştatlar bu hadisələrin baş verəcəyini əvvəlcədən bilmirdi. Vaşinqton baş verənlərlə bağlı məlumat toplayır”, - diplomat əlavə edib.
Qeyd edək ki, İsrailin Livanda rabitə qurğularına kiber müdaxiləsi nəticəsində silsilə partlayışlar baş verib, nəticədə azı 8 nəfər ölüb, 2800 nəfər xəsarət alıb.
- Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...
- Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi
- Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi
- Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...
- Əliyevin imtinasına Kremldən reaksiya
- Şəmistan Əliyev, Putinin dostu xilas oldu, Averin öldü