Sentyabrın 18-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Xəzəryanı dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri arasında illik görüş keçirilib. Görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu iştirak edib.
BUTA.TV Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ənənəvi olaraq görüş Beynəlxalq Xəzər dənizi Gününə həsr olunub.
“Xəzər regionunda çoxşaxəli əməkdaşlıq və “beşlik” formatında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, o cümlədən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Türkmənistanda keçiriləcək növbəti görüşünə hazırlıqla bağlı geniş məsələlər dairəsi üzrə maraqlı fikir mübadiləsi aparılıb”, – nazirlik qeyd edib.
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi
- Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...
- Əliyevin imtinasına Kremldən reaksiya
- Şəmistan Əliyev, Putinin dostu xilas oldu, Averin öldü
- Sərkisyan Azərbaycan KQB-yə işləyib, kod adı “Nərimanov” olub
- Putin Bakıya vəd verdi, yerinə yetirmədi - Politoloq
- Putinə məruzə edən general-polkovnik məhv edildi