Bir müddət əvvəl yanacaq doldurma məntəqələrini bağlayan şirkətlər qrupu nizamnamə kapitalını kəskin azaldıb.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, söhbət "MSDIS Holding” MMC-dən gedir.
Belə ki, şirkət nizamnamə kapitalını 2 572 000 (iki milyon beş yüz yetmiş iki min) manatdan 500 manata azaldıb. Beləliklə, şirkətdən 2 571 500 manat geri götürülüb.
Qeyd edək ki, avqust ayında MMC nizamnamə kapitalının hər səhmin nominal dəyərinin azaldılması yolu ilə azaldılacağı barədə elan etmişdi.
Xatırladaq ki, "MSDIS Holding" inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding "MS Sement" sement istehsal müəssisəsinə, "MS Kabel" kabel istehsalı müəssisəsinə, "MS Asfalt" asfalt istehsalı müəssisəsinə, daş və qum-çınqıl yatağı ilə məşğul olan "MS Karyer" müəssisəsinə, "MS Laminat”şirkətinə və "MS Oil" yanacaq doldurma məntəqələrinə sahibdir.
Bir müddət əvvəl "MSDIS Holding”ə məxsus "MS Oil” yanacaqdoldurma məntəqələrinin (YDM) bir qismi bağlanıb. Həmin məkanlarda "SOCAR” brendli YDM-lər fəaliyyətə başlayıb.
- Rusiyada azərbaycanlı iş adamı və diaspor rəhbəri saxlanıldı
- Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq
- Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota
- "Sputnik Azərbaycan"da saxlanılanların məhkəmələri keçiriləcək
- XİN məlumat yaydı
- AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia
- Peskov Bakıdakı həbslərdən danışdı
- "Sputnik"in redaktorunun evində axtarış aparıldı