Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Bakı şəhər DYP İdarəsindən bildirilib.
İdarədən verilən məlumata görə, Nizami DYP-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün VAZ-21214 markalı, 10 XM 064 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib. Daha sonra sürücü yol polisinin saxlamaq tələbini yerinə yetirməməsini əks etdirən videogörüntünü şəxsi sosial şəbəkə hesabında paylaşıb.
Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsinin sürücüsü Yasin Rasim oğlu Quliyev Nizami DYP-nin əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılan zaman yol polisinin qanuni tələblərinə riayət etmədiyi üçün rayon polis bölməsinə təhvil verilib.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
Sürücü barəsində toplanılmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Y.Quliyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün 8 sutka inzibati qaydada həbs edilib.
- Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar…
- Mikrofon açıq qaldı, Tramp barədə söhbətləri ifşa oldu - Video
- Messi şou göstərdi, Argentina darmadağına sevindi - Yenilənir - Video
- “Bizi Trampın qarşısında utandırdınız” - Netanyahu qəzəbləndi
- Evdən işləmək: Azadlıq, yoxsa tələ?
- Azərbaycan əsgərinin bu görüntüsü trend oldu - Video
- Avtobusda qadınlara əxlaqsız hərəkətlər edən şəxs - Həbs olundu+Video
- Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu - Foto+Yenilənib