Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Murun Bakı səfəri Ermənistanda ciddi müzakirə edilir. Mur ADA Universitetində mühazirə oxuyub, lakin səfərin detalları məlum deyil. Onun “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumunda iştirak üçün gəldiyi istisna deyil.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, Ermənistan mediasında Murun Bakı səfəri ilə bağlı ortaya atılan bir iddia xüsusilə diqqət çəkir.
“Hraparak” nəşri erməni Teleqram kanallarına istinadən iddia edir ki, Murun səfəri ərəfəsində Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəis müavini Hrant Jilavyan da Bakıya gedib.
“Yayılan məlumata görə, Hrant Jilavyan həftəsonu gizli şəkildə Bakıda səfərdə olub və Mur da daxil olmaqla, bir sıra görüşlər keçirib. Bu informasiya təsdiq olunmadı, lakin təkzib də edilməməsi şübhələri artırır”, - nəşr iddiasını belə davam etdirib.
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi
- Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...
- Əliyevin imtinasına Kremldən reaksiya
- Şəmistan Əliyev, Putinin dostu xilas oldu, Averin öldü
- Sərkisyan Azərbaycan KQB-yə işləyib, kod adı “Nərimanov” olub
- Putin Bakıya vəd verdi, yerinə yetirmədi - Politoloq
- Putinə məruzə edən general-polkovnik məhv edildi