Bundan sonra Ermənistanın İctimai Radiosunun “Radiolur” verilişində biz də Bakı və Ankara vaxtlarına diqqət yetirəcəyik.
Kult.az Publika.az-a istinadla xəbər verir ki, bunu erməni jurnalist Alisa Gevorkyan sosial şəbəkədə yazıb.
O, radionun divarından asılmış üç saatın şəklini paylaşıb.
Şəkildəki saatlarda İrəvan, Tiflis, Bakı, Moskva və Ankara vaxtı göstərilir.
“Ermənilərin “artsax”dan çıxmasının ildönümü münasibəti ilə “gözəl” hədiyyədir, başqa söz deməyə ehtiyac yoxdur”, - Gevorkyan qeyd edib.
- Bakı ilə İrəvan arasında müqavilə bitən kimi... - Fidan
- Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi
- AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər
- AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
- Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı
- Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
- Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu
- Kreml Bakı və İrəvandan bunu gözləyir