Qara dənizin Rusiya sahilləri yaxınlığında müntəzəm uçuşlar həyata keçirən Britaniyanın “RC-135W Rivet Joint” müşahidə təyyarəsi tərəfindən toplanan məlumatlar NATO ölkələri vasitəsilə Ukraynaya ötürülür.
BUTA.TV xəbər verir ki, bu barədə “UK Defence Journal” nəşri məlumat yayıb.
“Rəsmi olaraq toplanan istənilən kəşfiyyat məlumatı NATO ölkələrinə göndərilir, lakin hamı bilir ki, bəzi ölkələr bu məlumatları Ukrayna ilə bölüşürlər”, - nəşr bildirib.
Qeyd olunub ki, belə elektron kəşfiyyat təyyarələrinin uçuşları hazırda iki “Tayfun” qırıcısının müşayiəti ilə həyata keçirilir:
“Bu uçuşlarla onlar Rusiyaya açıq siqnal göndərirlər ki, Böyük Britaniya risklərə baxmayaraq, kəşfiyyat məlumatlarını toplamağa davam edəcək”.
- AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər
- AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
- Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı
- Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
- Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu
- Kreml Bakı və İrəvandan bunu gözləyir
- Gözümlə görmüşəm, Bakı ilə imzalanan sazişdə... - Manukyan
- Ermənilərin Qarabağa qayıdışı barədə İrəvandan açıqlama