Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, artıq bu istiqamətdə hökumətdə müzakirələr gedir.
"Gözlənilir ki, noyabr ayının 1-dək Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi tərəfindən minimum əməkhaqqı və eləcə də, minimum pensiyanın artırılması ilə bağlı təkliflər təqdim olunacaq.
Büdcə paketi çərçivəsində həmin təkliflərin müzakirə olunması və növbəti ildən etibarən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağı gözlənir. Biz bu istiqamətləri təkliflərdə təqdim etmişik, minimum pensiya, minimum əməkhaqqı sonucu dəfə 2023-cü ilin yanvar ayında artırılıb.
Ona görə biz təklif edirik ki, keçən iki il ərzində həm ölkə üzrə nominal orta aylıq əməkhaqqı, eləcə də, inflyasiya səviyyəsi - hər iki indikator nəzərə alınmaqla minimum əməkhaqqı və minimum pensiyada artım həyata keçirilsin. Biz minimum əməkhaqqı və minimum pensiyada ikirəqəmli artımın olmasını təklif edirik. Təbii ki, müzakirələrin əsasında konkret rəqəm bəlli olacaq.
İlkin gözlənti ondan ibarətdir ki, artımlara növbəti ildən etibarən start veriləcək və bu, əmək pensiyası alan və minimum əməkhaqqı alan bütün vətəndaşlarımızı əhatə edəcək", - deyə o bildirib.
- Gözümlə görmüşəm, Bakı ilə imzalanan sazişdə... - Manukyan
- Ermənilərin Qarabağa qayıdışı barədə İrəvandan açıqlama
- Ermənistanda ordu ilə bağlı qərar – Əliyevin tələbidir?
- Ərdoğanın müavini Naxçıvana gəlir
- Rusiya NATO-nu “dişinə” vurdu: Cavab almasa, nələr edəcək...
- Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
- Bakı və İrəvan arasındakı sülh bu ölkələr üçün... - Senator
- Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi