Azərbaycan və Rusiyanın xarici işlər nazirlərinin müavinləri Yalçın Rəfiyevlə Sergey Verşinin noyabrda Bakıda keçiriləcək COP29 öncəsi iqlim gündəliyini müzakirə edib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilən görüşün yekunlarına dair məlumatında bildirilir.
“Həmçinin Nyu Yorkda keçirilən BMT-nin "Gələcək üçün Zirvə" sammitinin cari məsələləri, eləcə də bu kontekstdə toplantıda təsdiq edilmiş “Gələcək Paktı”nın əsas prinsipləri müzakirə olunub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına uyğun ekoloji və enerji əməkdaşlığının inkişafı qeyd edilib”, - Rusiya XİN qeyd edib.
- Azərbaycan əsgərinin bu görüntüsü trend oldu - Video
- Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu
- Bəzi ərazilərdə qaz olmayacaq
- Azərbaycanda bu, ilk dəfə yaradılacaq
- Fransa Seneqala qarşı - Yenilənir
- Nazir açıqladı: Minimal əkin sahəsi 5 hektar olmalıdır!
- Nöqsana görə qovulan direktor şikayət etdi, rədd cavabı aldı
- Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra ağlatdı