Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları ölkəyə gətirilib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşlarının vətənə geri dönüşü ilə bağlı medianın sualına cavabında bildirib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşları 1975-ci il təvəllüdlü Şirinov Elxan Əkbər oğlunun, 1982-ci il təvəllüdlü Məhərrəmov Vüqar Nazim oğlunun və 2004-cü il təvəllüdlü Rzayev Nihad Tafdıq oğlunun saxlanıldığı barədə məlumat daxil olan kimi, vətəndaşlarımızın ölkəmizə geri qaytarılması məqsədilə dərhal Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, Rusiya XİN-i və digər aidiyyəti qurumları ilə danışıqlar aparılıb.
"Bununla yanaşı, saxlanılmış vətəndaşlarımız ilə səfirliyimiz tərəfindən telefon danışığı baş tutub. Vətəndaşlarımızın ölkəmizə geri qaytarılması istiqamətində aparılmış iş nəticəsində, qeyd edilən vətəndaşlarımızın 21 sentyabr tarixində Rusiya Federasiyası ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib", - XİN rəsmisi vurğulayıb.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
Qeyd edək ki, təqribən bir ay bundan əvvəl Çeçenistanda 3 nəfər Azərbaycan vətəndaşları Elxan Şirinov, Vüqar Məhərrəmov və Nihad Rzayevin Rusiya Federasiyası miqrasiya qanunlarını pozmaları ittihamı ilə saxlanıldıqları, daha sonra Elxan Şirinov və Vüqar Məhərrəmovun Ukraynada müharibəyə göndərilmək məqsədilə təlimlərə Qroznıda cəlb olunduqları barədə xəbərlər yayılmışdı.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Azərbaycanda bu, ilk dəfə yaradılacaq
- Fransa Seneqala qarşı - Yenilənir
- Nazir açıqladı: Minimal əkin sahəsi 5 hektar olmalıdır!
- Nöqsana görə qovulan direktor şikayət etdi, rədd cavabı aldı
- Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra ağlatdı
- Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
- Azərbaycanda vəzifəli şəxs cərimələndi