Azərbaycan işğaldan azad olunmuş ərazilərinin bərpasına milyardlarla pul xərcləyir. Bunlar Ermənistanın işğalçılıq siyasəti və müharibə cinayətləri nəticəsində dağıdılıb və bizə milyardlarla zərər dəyib.
Bu sözləri BUTA.TV-a politoloq Turab Rzayev Ermənistanın Azərbaycana təzminat öhdəliyi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, təzminat məsələsi gündəmdə qalmalıdır, hətta Ermənistanla sülh danışıqlarında istifadə oluna bilər:
“Reparasiya mütləq olmalıdır. Ermənistan Azərbaycana həm maddi, həm də mənəvi zərər vurub. Sərvətlərimizi istifadə edərək, gəlir qazanıb, ərazilərimiz talanıb və s. Bütün bunlara görə əvəz ödəməlidir. Lakin indiki məqamda beynəlxalq ictimaiyyətdə bunları əldə etmək üçün xüsusi bir şərait mövcud deyil. Amma Ermənistanla sülh danışıqlarında təzyiq vasitəsi kimi bu təzminat məsələsindən istifadə edə bilərik”.
Anasının viza xərcini ödəyə bilməyən qapıçı 90 dəqiqədə 2 milyon izləyici topladı - Video
Politoloq Ermənistanın təzminatı ərazi güzəşti ilə ödəməsi ehtimalına da münasibət bildirib və qeyd edib ki, hazırda beynəlxalq siyasi vəziyyət buna uyğun deyil:
“Buna baxmayaraq, Azərbaycan təzminat məsələsində qarşıya yüklü bir miqdar qoya bilər”.
Millət vəkili, politoloq Rasim Musabəyov isə vurğulayıb ki, təzminat məsələsi beynəlxalq qurumlar tərəfindən qəbul olunmalıdır:
“Qərar çıxarıldıqdan sonra qarşı tərəf ödəyə bilməsə, məbləğ onun üzərində qalır. Ermənistanın mülkinə, aktivlərinə o iddiaları tətbiq etmək mümkündür. Lakin təzminatı ərazisinin müəyyən hissəsi ilə ödəmək praktikası hazırda mövcud deyil”.
- Nazir açıqladı: Minimal əkin sahəsi 5 hektar olmalıdır!
- Nöqsana görə qovulan direktor şikayət etdi, rədd cavabı aldı
- Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi
- Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
- Azərbaycanda vəzifəli şəxs cərimələndi
- “Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
- Bu reys dostluq və əməkdaşlığın növbəti rəmzi olacaq - Manizadə
- Xüsusi təyinatlılar bir araya gəldi - Qafqazda mühüm gün+Fotolar