Xəbər verdiyimiz kimi, Sevinc Həsənova Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib.
BUTA.TV xəbər verir ki, Sevinc Həsənova 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakultəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb.
1993-2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq təşkilatların dövlət investisiyaları, inkişafın proqramlaşdırılması üzrə layihələrində iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçıvənin müəyyən olunması üzrə komissiyanın sədri olub.
Anasının viza xərcini ödəyə bilməyən qapıçı 90 dəqiqədə 2 milyon izləyici topladı - Video
13 mart 2014-cü ildə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı ildə isə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
O, 2023-cü ilin noyabrında iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad olunub.
- Nöqsana görə qovulan direktor şikayət etdi, rədd cavabı aldı
- Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi
- Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
- Azərbaycanda vəzifəli şəxs cərimələndi
- “Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
- Bu reys dostluq və əməkdaşlığın növbəti rəmzi olacaq - Manizadə
- Xüsusi təyinatlılar bir araya gəldi - Qafqazda mühüm gün+Fotolar
- Məşhur bloger Anar Ələkbərova görün nə hədiyyə etdi - Video