Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransisk beynəlxalq ictimaiyyəti Livanda artan gərginliyi dayandırmaq üçün mümkün olan hər şeyi etməyə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Son günlər intensiv bombardmanlar nəticəsində geniş şəkildə insan tələfatı və dağıntılar müşahidə edilən Livandan gələn xəbərlər məni çox kədərləndirdi. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət zorakılığın artmasını dayandırmaq üçün əlindən gələni edəcək. Bu qəbuledilməzdir. Mən yaxın keçmişdə çox əziyyət çəkən Livan xalqı ilə həmrəy olduğumu bildirirəm”, - o bildirib.
Qeyd edək ki, İsrail hərbi qüvvələri sentyabrın 23-də səhər saatlarında Livana hava hücumlarına başlayıb. Livanın Səhiyyə Nazirliyi indiyədək 550-dən çox insanın öldüyünü bildirib.
- Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama
- Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi
- Azərbaycanda böyük narazılıq var... - Markov
- Daha bir azərbaycanlı məhkəməyə çıxarıldı
- Rusiya ilə bütün mədəniyyət tədbirləri ləğv edildi
- İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik
- Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi
- Bu qətllə Bakıya bu ismarış göndərildi - Deputat